Fövqəladə vəziyyət elan etmişdi, Peru Prezidenti saxlanıldı – Yenilənib


Peru Prezidenti Pedro Kastillo saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Peru mətbuatı məlumat yayıb. 
Qeyd edək ki, Peru parlamenti onun impiçmenti barədə qərar qəbul etmişdi. 

***23:18
Peru parlamenti daha əvvəl qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan etmiş Prezident Pedro Kastillonu devirmək üçün səs verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Açıqlamada bildirilib ki, birinci vitse-prezident Dina Boluartenin respublika Prezidenti postunu tutması üçün and içəcək.


***22:26
Peru Prezidenti Pedro Kastillo parlamentin buraxıldığını bildirib və ölkədə fövqəladə vəziyyət elan edib. 
Yeniavaz.com
xəbər verir ki, Prezident bunu dövlət başçısı administrasiyasının “Facebook” səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildiribş
"Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar qərarlar qəbul edildi. Hüquqi demokratik dövlətin bərpası üçün fövqəladə hökumət qurmaq lazımdır. Bunun tərkib hissəsi olaraq aşağıdakı tədbirlər görüldü: Konqres müvəqqəti olaraq buraxılsın. Respublika və fövqəladə hökumət qurmaq, ən gec 9 ay müddətində yeni konstitusiyanın hazırlanması üçün konstitusiya hüquqları ilə Konqresə yeni seçkilər çağırmaq. Bu gündən etibarən komendant saatı tətbiq edilir".

DİGƏR XƏBƏRLƏR

Top