![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/4/9/1/6e3f3699-f4e5-4c01-9009-b33fcee2d7f9/koronavirus-aparat.jpg)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 641 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 353 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 304 nəfərdir.
Ölkədə son sutka ərzində 2 136, hazırkı dövrədək isə 7 388 051 test aparılıb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/12/7/1/2df0e194-1458-4f8c-90fb-f059bfb4a66c/6390b2186cd1b6390b2186cd1c16704271606390b2186cd166390b2186cd19.jpg)