Azərbaycanlı olduğu deyilən həkim İranda edama məhkum edildi


Radioloq-həkim Həmid Qarahəsənli çərşənbə axşamı İran məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.
Yeniavaz.com
“BBC Farsca”ya istinadla xəbər verir ki, o, İranda keçirilən etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvünün bıçaqlanaraq öldürülməsində təqsirli bilinib.
Qeyd olunur ki, onunla birlikdə daha 5 nəfər, həmçinin radioloqun həyat yoldaşı Fərzanə Qarahəsənli də mühakimə olunub.
Məhkəmə adları açıqlanmayan 5 nəfərə, həmçinin digər 11 təqsirləndirilənə, 18 ildən 25 ilə qədər həbs cəzaları verib.
Bu qərarların ilkin xarakter daşıdığı bildirilir və qeyd olunur ki, şikayət verilə bilər.
Yerli media sözügedən cütlüyün azərbaycanlı olduğunu iddia edir.
Qeyd edək ki, məhkumlardan üçünün 17 yaşı var.

DİGƏR XƏBƏRLƏR

Top