Xankəndiyə daha 13 iranlının gəldiyi iddia olunur - Siyahı + Foto


“14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə etmişik - bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Qafqazinfo"nun etibarlı mənbəyə istinadla yaydığı məlumatda deyilir.
Bildirilib ki, noyabrın 24-də 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbəti dəstə gətirilib.
Yeni dəstə üzvlərinin adları və pasportlarının surəti də təqdim edilib:
1. Goodarzi Najmedin Abedin
2. Goodarzi Bahman Zabihollah
3. Goodarzi Mohsen Reza
4. Banaei Mostafa Mohammad
5. Fadaeipordanjani Afrasaib Mahmoud
6. Vaeznezhadi Farshad Dolatali
7. Moradazar Mohsen Zarbali
8. Shafaghghat Aminjan Ramezan Eznolah
9. Boveirian Ghafour Bemouniagha
10. Vae Zadeh Fariborz Madad
11. Fatahi Shakib Majid Alibaba
12. Hakimzadeh Ghanbar Allahmora
13. Abdollahi Gholamreza Ali


Qeyd edək ki, daha əvvəl Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlıların mandatlarına zidd addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etməsi barədə iddia yayılıb və sözügedən 14 nəfərin adları açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top