Misir Qasımlıya Ukraynada 8 il iş verildi – Sərt reaksiya göstərdi


Ukraynada Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevə hökm oxunub.
Yeniavaz.com
xəbər verir ki, sözügedən şəxslərin yaxınları məlumat yayaraq hər iki şəxsin 8 il azadlıqdan məhrum edildiyini bildiriblər.
Hökm elan olunandan sonra məhkəmə zalından yayılan kadrlarda həmyerlilərimizin qərara sərt reaksiya verdiyi müşahidə olunur.
Xatırladaq ki, onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda ittiham olunurdular. Cinayət işi erməni əsilli İspaniya vətəndaşının müraciəti əsasında açılıb. Sözügedən şəxs soydaşlarımızı zor tətbiq edərək qarət etməkdə ittiham edib və bu barədə şikayət ərizəsi ilə polisə müraciət edib.
Qeyd edək ki, M. Qasımlı həm də 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi hərbi əməliyyatlarda da iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top