Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı


Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 25 bankda çalışan işçilərin sayı 1 973 nəfər və ya 9,7% artıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanda bank işçilərinin sayı artdığı halda bank şöbələrinin sayı azalıb. Belə ki, ilin əvvəlində ölkədə 97 bank şöbəsi fəaliyyət göstərdiyi halda, ötən ayın əvvəlində bu say 94-ə düşüb.
Xəbəri rus dilində oxuyun: Обнародована последняя ситуация в банковском секторе Азербайджана

Onu da bildirək ki, bu ilin oktyabr ayında Pakistan Milli Bankının müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilən bank lisenziyası ləğv edilib.
Nəticədə bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, ölkədə 2 dövlət bankı, 23 özəl bank olub. Xarici kapitallı bankların sayı 11 olub. 
Onu da bildirək ki, bank şöbələrinin sayı azalsa da, onlara məxsus ATM-lərin sayı bu il 2 min 907-dən 2 min 965-ə yüksəlib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top