1/4 finalın bütün komandaları müəyyənləşdi – Oyunların təqvimi


Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ötən gün 1/8 final mərhələsinə yekun vurulub. Bununla da 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, 1/4 finalda mübarizə aparacaq komandalar Argentina, Niderland, Braziliya, Xorvatiya, Fransa, İngiltərə, Portuqaliya və Mərakeş seçmələridir.
İlk görüş Xorvatiya və Braziliya seçmələri arasında baş tutacaq. Matç 9 dekabr Bakı vaxtı ilə 23:00-da start götürəcək. Günün növbəti oyununda Niderland və Argentina milliləri üz-üzə gələcək. Bü cütlərin qalibləri yarımfinalda bir-birilərinə rəqib olacaq.
Yarımfinalda mübarizə aparacaq digər iki komanda isə dekabrın 10-u müəyyənləşəcək. Bakı vaxtı ilə 19:00-da Mərakeş - Portuqaliya, 23:00-da isə İngiltərə - Fransa matçı start götürəcək. Qalib komandalar finalın bir addımlığında üz-üzə gələcəklər.
Qeyd edək ki, dekabrın 13-14-də yarımfinal, ayın 18-də isə final oyunu keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top