Mingəçevir Avropa İttifaqının maliyyə dəstəyini qazanıb


Avropa İttifaqının “Şərq Əməkdaşlığı” çərçivəsində həyata keçirilən “Merlər Sazişi” Gürcüstanda baş tutan yubiley tədbirində, üzvü olan Mingəçevir şəhərindən təqdim olunan layihələrin icrasına maliyyə dəstəyi ayrılmasına qərar verib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir Avropa İttifaqının “Merlər Sazişi” layihəsinin önəmli partnyorlarından birinə çevrilib.
Təsadüfi deyil ki, bu günlərdə Sazişin ərsəyə gəlməsinin 10 illiyi münasibəti ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan yubiley tədbirində Mingəçevir şəhər bələdiyyəsinin 2020-2035-ci illər üçün təklif etdiyi 2 mərhələli 8 bəndlik layihə zəruri maliyyə dəstəyi alması üçün təsdiq olunub. Layihə müvafiq olaraq 2020-2030 və 2025-2035-ci illəri əhatə edəcək.
Layihənin Mingəçevir İşçi Qrupunun sədri, bələdiyyə üzvü Şəhriyar Mustafayevin məlumatına görə, təkiflər paketi iki mərhələli 8 təşəbbüs layihəni əhatə edir.
Layihələr İttifaqın “Şərq Əməkdaşlığı” çərçivəsində həyata keçirilir. 55 ölkənin 1100 dən artıq seçkili orqanı, yəni Bələdiyyəsi “Merlər Sazişi”nin üzvüdür. 2012 ci ildə təməli atılan bu Sazişə ilk olaraq İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu qoşulub. Mingəçevir bələdiyyəsi isə 2017-ci ildən bərabərhüquqlu partnyorlardan biridir.
Şəhriyar Mustafayevin sözlərinə görə, layihə ümumi anlamda müasir enerji resurslarının təşviq edilməsini, həmin resurslardan səmərəli istifadəni və bu təşəbbüslərin icrasına zəruri beynəlxalq texniki dəstəyi və maliyyə yardımını nəzərdə tutur.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top