Argentinanın vitse-prezidentinə 6 il həbs cəzası verildi


Argentinanın keçmiş prezidenti və hazırkı vitse-prezidenti Kristina Fernandez de Kirşner mühakimə olunduğu korrupsiya işinə görə 6 il həbs cəzasına məhkum edilib və dövlət vəzifəsindən daimi olaraq məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, ölkədə “Yollar İdarəsi işi” kimi tanınan işin son iclasında dövlət tenderlərində korrupsiya faktı ilə bağlı mühakimə olunan Kirşner və daha 12 nəfər barəsində hökm elan edilib.
Hakim Xorxe Qorininin oxuduğu qərarda ölkəyə 2007-2015-ci illərdə rəhbərlik etmiş Kirşner Santa Kruz əyalətində yol tikintisi müqavilələrini qanunsuz olaraq iş adamı Lazaro Baezə verməkdə təqsirli bilinib və 6 il həbs həbsə məhkum edilib. Vitse-prezident, həmçinin ömürlük dövlət vəzifəsindən uzaqlaşdırılıb.
Beləliklə, Argentina tarixində ilk dəfə olaraq vitse-prezident vəzifə başında olarkən korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilib və mühakimə olunub.
Qeyd edək ki, Kirşner, vəzifə müddətinin bitəcəyi 10 dekabr 2023-cü il tarixinə qədər həbs oluna bilməz. Bunun üçün həm də qərarı Ali Məhkəmə təsdiqləməlidir.

DİGƏR XƏBƏRLƏR

Top