Bu yollara da avtobus zolağı çəkiləcək - Video


''Hansı ərazilərdə daha çox sıxlıq və tıxac müşahidə edilirsə o yollarda avtobus zolağı çəkilir''.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Bakıda iki əsas ictimai nəqliyyatdan istifadə olunur - avtobus və metro nəqliyyatı. Metronun əhatə dairəsi məhdud olduğundan, avtobusların üzərinə yük düşür.

Mais Ağayev əlavə edib ki, bu şəraitdə xilas yolu xüsusi avtobus zolaqlarının çəkilməşidiri.

Yaxın günlərdə Bakı, Abşeron və Sumqayıt şəhərləri arasında ictimai nəqliyyat dəhlizinin hazırlanması, avtobusların rahat və fasiləsiz hərəkəti üçün zolaqlar salınacaq. Mais Ağayev onu da əlavə edib ki, əgər bu zolaqlardan düzgün istifadə edilsə ictimai nəqliyyatda baş verən ləngimələr də aradan qalxacaq. Qurum rəsmisi deyib ki, son 7 ildə paytaxdakı avtobusların 70 faizi yenilənib və kifayət qədər də avtobuslar var.

Mais Ağyev onu da əlavə edib ki, şəhərin baş planına əsasən, gələcəkdə paytaxda tramvay və trolleybuslar da fəaliyyət göstərəcək.

Şəhərdə son aylarda yaşanan tıxac və sıxlıqdan danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qeyri-rəsmi məlumatlara görə, paytaxtda 5 milyon nəfərə yaxın vətəndaş yaşayır. Bu da sıxlıqlara və yol infrastrukturunun yüklənməsinə səbəb olur. ''1 milyon 700 min nəqliyyat vasitəsindən təxminən 70 faizə qədəri paytaxdadır'',- deyə baş inspektor bildirib.

Araz Əsgərli onu da əlavə edib ki, yol hərəkəti qaydalarının pozuntusunun çoxu dayanma-durmanın payına düşür.Onun sözlərinə görə, bu hal onsuz da sıxlıq olan küçələrdə vəziyyəti daha də gərginləşdirir.

Ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top