Mərakeş İspaniyaya qalib gələrək 1/4 finalına yüksəldi


Qətərdə keçirilən dünya çempionatında Mərakeş İspaniyanı penaltilər seriyasında məğlub edərək 1/4 finala yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, Mərakeş millisi tarixdə ilk dəfə 1/4 finala yüksəlib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandaların heç biri qol vura bilməyib.
Oyunun davamında mərakeşlilər penalti mərhələsində 3:0 qalib gəliblər.
Qeyd edək ki, Fransa, İngiltərə, Argentina və Niderland da 1/4 finala yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top