Bugünə qədər Ukraynada 17 mindən çox mülki şəxs ölüb - BMT


2022-ci ilin fevralından Ukraynada öldürülən mülki şəxslərin sayı 400-dən çoxu uşaq olmaqla 17 mini keçib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ümumdünya Humanitar Təşkilatın baş katibinin müavini Martin Qriffits məlumat verib. Bildirilib ki, Ukraynada 2022-ci il fevralın 24-dən dekabrın 1-nə kimi 419-u uşaq olmaqla 17 023 mülki şəxs həlak olub.
Xatırladaq ki, Rusiya fevral ayının 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top