Çin lideri 6 ildən sonra Səudiyyə Ərəbistanına gedir


Çin Prezidenti Si Cinpin Səudiyyə Ərəbistanına səfər edəcək.
Yeniavaz.com
xaici KİV-ə istinadla xəbər verir ki, Çin lideri 7-9 dekabrda Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Ərəb-Çin, Körfəz-Çin və Səudiyyə Ərəbistanı-Çin zirvələri”nə qatılacaq.
Kral Salman bin Əbdüləzizin dəvəti ilə gələcək Çin lideri bu səfəri ilə iki ölkə arasında tarixi əlaqələri və strateji tərəfdaşlığı gücləndirməyi hədəfləyir.
İlk sammit Şi və Kral Salmanın sədrliyi vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə keçiriləcək “Səudiyyə Ərəbistanı-Çin Zirvəsi” olacaq.
Qeyd edək k, Çin Prezidenti Si sonuncu dəfə Səudiyyə Ərəbistanına 2016-cı ildə səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top