Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək


Gürcüstan hakimiyyəti Ukraynaya hərbi yardım göstərə bilməz və etməyəcək. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentindəki “Gürcü arzusu” hakim fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.
"Gürcüstan Ukraynaya tam və mütləq siyasi dəstək verir. O, həmçinin öz imkanlarından kənar humanitar yardım göstərir və biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik".
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andriy Kasyanov bir müddət əvvəl bildirib ki, Kiyev hərbi və ya ikili təyinatlı texnikanın ötürülməsi xahişi ilə Tbilisiyə dəfələrlə müraciət edib, lakin müraciətlərə məhəl qoyulmayıb.

DİGƏR XƏBƏRLƏR

Top