Türkiyə parlamentində deputat döyüldü - Video


Türkiyə Böyük Millət Məclisində millət vəkilləri arasında dava düşüb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, müzakirələr zamanı ilk olaraq CHP partiyasından Özgür Özellə ölkənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) Bülent Turan arasında mübahisə düşüb.
Bunun ardınca isə digər deputatlar - İYİ partiyasından Ümit Beyazla Bülent Turan arasında mübahisə düşüb. Daha sonra gərginlik artıb. Belə ki, millət vəkilləri bir-birilərinə yumruqla zərbələr endirib. Hadisə nəticəsində deputatların bəziləri yerə yıxılıb.
AKP-li deputat Zafer Işıkla İYİ partiyasından deputat Hüseyin Örs arasında yaşanan yumruqlaşmadan sonra Hüseyin Örsün halı pisləşib. Deputat xəstəxanaya çatdırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top