“Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı təkliflər alıb”


“Ermənistan tərəfi Azərbaycan tərəfindən sülh müqaviləsi ilə bağlı təkliflər alıb ki, bu da Ermənistan tərəfinin təkliflərinə cavabdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan deyib.
“Yəni bu sənədin və ya təkliflərin üçüncü mərhələsinin müzakirə olunduğunu deyə bilərik. Məncə, buna “sənəd” demək düzgün deyil. Təbii ki, bunlar dərc olunmayan təfərrüatlar və müzakirələr olduğundan mən bu barədə açıq danışa bilmərəm, amma bəli, düzdür, Ermənistan tərəfi Azərbaycandan cavab təklifləri alıb”, - o bildirib.
İlin sonuna qədər dövlət başçıları və ya xarici işlər nazirləri səviyyəsində mümkün görüşlə bağlı suala Ağacanyan cavab verib:
“Bəli, mən belə hesab edirəm, istisna deyil”.

DİGƏR XƏBƏRLƏR

Top