DÇ-2022: 1/4 finalın son cütü bəlli olur – Afişa


Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinin son 2 oyunu baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, günün ilk matçında Bakı vaxtı ilə saat 19:00-da İspaniya millisi Mərakeş ilə üz-üzə gələcək.
Günün son qarşılaşmasında isə Bakı vaxtı ilə saat 23:00-da Portuqaliya yığması İsveçrə kollektivi ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, bu cütlərin qalibləri 1/4 finalda bir-birinə rəqib olacaqlar.
Qeyd edək ki, daha əvvəl Niderland və Argentina, Fransa və İngiltərə, həmçinin Braziliyə və Xorvatiya yığmaları 1/4 finalda bir-birlərinə rəqib olublar.

DİGƏR XƏBƏRLƏR

Top