İtaliya Ukraynaya 50 tondan çox elektrik avadanlıqları göndərdi


İtaliya Ukraynaya təkcə silah deyil, həm də 50 tondan çox elektrik avadanlıqları, transformatorlar, bir çox texnoloji alətlər göndərib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.
"Biz Ukraynaya təkcə silah deyil, həm də 51 ton elektrik avadanlıqları, transformatorlar, konvertorlar bağışladıq. Biz çoxlu texnoloji alətlər, eləcə də hərbi vasitələr verdik”, - deyə o bildirib.
Bundan əvvəl “Corriere della Sera” qəzeti yazıb ki, ukraynalılar İtaliyadan müvafiq döyüş sursatı olmayan köhnə model minaatanlardan şikayət ediblər. Söhbət beş ay əvvəl təhvil verilmiş 120 mm-lik Mod63 minaatanlarından gedir. Bu modellər 1966-cı ildə istehsal edilib və uzun müddət istifadə olunmayıb. İtaliya Kiyevə silah tədarükünə 450 milyon avro xərcləyib.

DİGƏR XƏBƏRLƏR

Top