"Azərbaycanla mini gömrük postu quraşdırmaq barədə razılığa gəlmişik"


Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bildirib.
Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub.
“Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”, - Volkov vurğulayıb.
Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və bura hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top