Monqolustanda 13 milyard dollarlıq yeyinti: Etirazlar başladı - Video


Monqolustandan ixrac edilən kömürün miqdarının Çinin qəbul etdiyi kömürdən fərqli olduğu ortaya çıxıb. Çində kömür oğurluğu ilə məşğul olanlar edam edilib və bu işdə iştirak edən Monqolustan məmurlarının adları ilə siyahı göndərilib. Bunun fonunda ölkədə etirazlar başlayıb.
Yeniavaz.com
xəbər verir ki, aksiya iştirakçıları kömür oğurluğunda iştirak edənlərin adlarının açıqlanmasını tələb ediblər.
KİV-də ümumilikdə Monqolustandan Çinə ixrac edilməli olan 12,9 milyard dollar dəyərində oğurlanmış kömür barədə məlumatlar yayılıb.
Dekabrın 5-də nümayişçilər hökumət binasına girə biliblər.

DİGƏR XƏBƏRLƏR

Top