Son sutkada neçə nəfər koronavirusa yoluxub?


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək  ümumilikdə 824 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 261 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 268 nəfərdir. Ölkədə son sutka ərzində 878, hazırkı dövrədək isə 7 383 253 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 924 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 481, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 224, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 055 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top