Xankəndi-Şuşa yolundan reportaj – Video


Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib. 2022-ci il 3 dekabr tarixində saat 11:00 radələrində ETSN, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.
Yeniavaz.com
xəbər verir ki, İctimai TV sözügedən ərazidən reportaj hazırlayıb.
Reportajda Rusiya selhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov və digər hərbçilərlə müsahibələr yer alıb.
Həmçinin Qarabağdakı qondarma rejimin polis işçilərinin əraziyə gəlməsi də kadrlarda əks olunub.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top