Hulusi Akar bu səbəbdən Azərbaycana gəlir - Yenilənib


"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək".
Yeniavaz.com
xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib.

***11:57
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşayiəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana rəsmi səfər edəcək”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top