Ermənistan 10 nəfərin nəşinin qalıqlarını Azərbaycana təhvil verdi


Erməni tərəfi 10 nəfərin nəşinin qalıqlarını və iki xəritəni Azərbaycana təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
“Dekabrın 1-də Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində dünyasını dəyişmiş 10 nəfərin qalıqlarını və 4 meyitin mümkün yerlərinin göstərildiyi 2 xəritəni Azərbaycan tərəfinə təhvil verib.
Belə ki, Ermənistan tərəfi 2020-ci il noyabrın 9-dan bu günə kimi Birinci Qarabağ müharibəsinin 140 qurbanının nəşinin qalıqlarını və 5 belə xəritəni Azərbaycan tərəfinə təhvil verib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top