18 mindən çox tarixi əsər İraqa geri qaytarıldı


İraqın xarici işlər naziri Fuad Hüseyn ölkədən qeyri-qanuni yollarla çıxarılan 18 mindən çox tarixi əsərin İraqa geri gətirildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə paytaxt Bağdadda keçirilən 6-cı Qədim Sivilizasiyalar Forumunun açılışındakı çıxışı zamanı danışıb.
İraq sivilizasiyalarının keçmişdə müxtəlif təhdidlərə məruz qaldığını bildirən Fuad Hüseyn, “Sivilizasiya abidələrinin məhv edilməsində terrorun əli var. Lakin bu terror aktları tarixi məhv edə bilməz”, - deyib.
İraq hökumətinin tarixi əsərlərə qarşı təxribatı dayandırmaq üçün səy göstərdiyini və oğurlanmış əsərlərin geri qaytarılması üçün ikitərəfli əməkdaşlığı gücləndirmək ümidində olduqlarını vurğulayan F. Hüseyn, İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılan 18 mindən çox tarixi əsərin ölkəyə qaytarıldığını bildirib.
İraqın xarici işlər naziri geri qaytarılan artefaktların nə vaxt və haradan gətirilməsi barədə məlumat paylaşmayıb.
Qeyd edək ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı ölkənin müxtəlif əyalətlərində, xüsusən də Bağdadda bir çox muzey talan edilib.

DİGƏR XƏBƏRLƏR

Top