Rusiya "Niva"nın yeni buraxılışını istehsal edə bilməyəcək


Rusiyanın "AvtoVAZ" şirkəti "Niva" markalı avtomobilin yeni buraxılışını istehsal edə bilməyəcək.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, üçüncü nəsil "Lada Niva" üçün nəzərdə tutulan komponentlər sanksiyalara məruz qalıb.
Yeni "Niva" nın əsasını Avropa tədarükçüləri kimi Rusiyanı tərk edən "Renault" konserninin CMF-B platforması təşkil etməli idi.
Bildirilir ki, yeni "Lada Niva" 2024-cü ilin sonuna qədər debüt etməli idi və iki ildən sonra "AvtoVAZ", "Dacia" və "Renault"un birgə səyləri ilə uzunsov yeddi nəfərlik "Grand Niva SUV" buraxmağı planlaşdırdılar. Hətta təxmini qiymətlər də məlum idi  - konfiqurasiyadan asılı olaraq 12-20 min avro.

 

 

DİGƏR XƏBƏRLƏR

Top