Maqomedali Maqomedov vəfat edib


1994-2006-cı illərdə Dağıstan Dövlət Şurasının (2006-cı ilə qədər ali icra hakimiyyəti orqanı) sədri olan Maqomedali Maqomedov vəfat edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, iyirmi ilə yaxın Dağıstana rəhbərlik etmiş Maqomedov doğulduğu Levaşi kəndində dəfn olunacaq. 
Maqomedali Maqomedov 1987-ci ilin avqustunda Dağıstan MSSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, 1990-cı ildə respublika Ali Sovetinin sədri seçilib. 2019-cu il oktyabrın 21-də Rusiya Federasiyası Prezidentinin fərmanı ilə Maqomedov “dövlət və xalq qarşısında xüsusi xidmətlərinə görə” Rusiya Federasiyasının Əmək Qəhrəmanı adına layiq görülüb. 
2020-ci ildə Prezident İlham Əliyev Maqomedali Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


 

DİGƏR XƏBƏRLƏR

Top