Xəzərin sahilində 1 700 ölü suiti aşkarlanıb


Dağıstanda, Xəzər dənizinin sahilində 1 700 ölü suiti aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a verdiyi açıqlamada Xəzər Ekoloji Mərkəzinin rəhbəri Zaur Qapızov deyib.
Xəzər Ekoloji Mərkəzinin rəhbəri vurğulayıb ki, tapılan ölü suitilərin sayı daha çox ola bilər.
Qapızov eyni zamanda vurğulayıb ki, tapılan ölü suitilərində heç bir insan təsiri aşkar edilməyib. "Dəriləri soyulmuş suitilərə rast gəlinməyib”.
Bundan əvvəl Dağıstanın Təbii Sərvətlər Nazirliyi yazmışdı ki, Dağıstanda Qırmızı Kitaba düşən suitilərin Xəzər dənizində kütləvi şəkildə ölümü ilə bağlı əsas versiya böyük ehtimalla təbii amillərlə bağlıdır. Xəzər suitisi Xəzər dənizinin yeganə məməlisidir. 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən “nəsli kəsilməkdə olan” statusu verilmişdir. 2015-ci ildə Dağıstanda bu növün qorunması proqramı qəbul edilib. 2020-ci ildə Xəzər suitisi Rusiyanın Qırmızı Kitabına daxil edilib.
Rusiya Elmlər Akademiyasının A.N.Severtsov adına Ekologiya və Təkamül İnstitutunun alimləri digər elmi təşkilatlardan olan həmkarları ilə birlikdə belə qənaətə gəliblər ki, Xəzər dənizinin Dağıstan sahillərində tapılan Xəzər suitilərinin ölümünün mümkün səbəblərindən biri təbii qazın buraxılması ola bilər.


 

DİGƏR XƏBƏRLƏR

Top