Peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada 268 nəfər vaksinasiya olunub.

Yeniavaz.com Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 99, ikinci doza vaksinlərin sayı 36 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 124-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 19 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 924 089 olub.

DİGƏR XƏBƏRLƏR

Top