Hərbçimizin ölümü ilə bağlı Hərbi Prokurorluq məlumat yaydı - Yenilənib


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olmuşdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilir ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır".


*** 15:24

Göygöl rayon Nadil kəndinin sakininin şəhid olduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, hərbçilərin də iştirak etdiyi Elnur Məmmədov adlı şəxsin dəfn mərasiminin kadrları sosial şəbəkələrdə yayılıb.
Mərasimdə iştirak edənlər həmçinin əllərində Azərbaycan və Türkiyə bayraqları tutublar.
Kadrları yayan şəxs hərbçinin Kəlbəcər istiqamətində şəhid olduğunu və "gizlicə" dəfn edildiyini iddia edib.
Hələ ki, rəsmi qurumlardan bu barədə heç bir açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top