İranda 4 nəfər edam edildi


İranda dörd nəfər İsrail xarici kəşfiyyat xidmətlərinə casusluq ittihamı ilə edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi hökmün icrası ilə bağlı İslam Respublikası Ali Məhkəməsinin qətnaməsinə istinadən məlumat yayıb.
“Sionist rejimin (İsrail) kəşfiyyatı ilə əməkdaşlıq etməkdə və adam oğurluğunda ittiham olunan dörd nəfər bazar günü səhər tezdən edam edilib”, - sənədin mətnində deyilir.
Qeyd olunub ki, daha 3 nəfər isə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək, adam oğurluğunda şərik olmaq və silah saxlamaqda ittiham edilərək 5 ildən 10 ilədək azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top