Naxçıvanda nazirlik işçiləri məcburi iməciliklərdən narazıdırlar - Video


Naxçıvanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların işçilərinin məcburi şəkildə kütləvi iməciliklərə cəlb olunması haqqında daha əvvəl dəfələrlə məlumat vermişdik.
Yeniavaz.com
xəbər verir ki, bu dəfə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sözügedən məsələ ilə bağlı narazılıqlarını “Gündəlik Naxçıvan”a bildiriblər.
Qeyd olunub ki, onlar sonuncu dəfə Culfa rayonundakı Darıdağ ərazisində ağac əkməyə çıxarılıblar.
“Naxçıvanda hər şənbə və bazar günləri büdcə təşkilatı işçiləri xüsusi forma geyinərək, iməciliklərə çıxarılırlar. Onlar kağ vurur, ağac əkir, yol qırağı süpürür, bəzən isə, məmurların əkin sahələrində işlədilirlər. Bu işçilər iməciliklərə məcburi, təhdid altında çıxarıldıqlarını bildirirlər. Onların arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan idarələrin işçiləri də var. Bu dəfə onlar Culfa rayonundakı Darıdağ ərazisində ağac əkməyə çıxarılıblar”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top