Türkiyədə partlayış olub - Video


Türkiyənin Şanlıurfa vilayətində partlayış meydana gəlib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə Akçakale rayonunda 6 mərtəbəli bir binanın birinci mərtəbəsindəki iş yerində baş verib.
Xəbərdarlıq üzərinə bölgəyə polis xilasediciləri, fövqəladə hallar xidməti və səhiyyə qrupları sövq edilib.
İlkin məlumata görə partlayışda 4 nəfər yaralanıb, binanın birinci mərtəbəsindəki iş yerləri və bəzi mənzillər yararsız hala düşüb.
Hadisənin səbəbləri araşdırlır.

DİGƏR XƏBƏRLƏR

Top