Bu gün daha iki komanda dörddəbir finala yüksələcək


Qətərdə futbol üzrə dünya çempionatının pley-off mərhələsində bu gün dörddəbir finalın daha iki komandasının adı bəlli olacaq.

Yeniavaz.com xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq günün ilk matçında Fransa və Polşa yığmaları üz-üzə gələcəklər. “Al Tumama” stadionunda keçiriləcək görüşü venesuelalı FIFA referisi Xesus Valensuela idarə edəcək.

İkinci matç isə İngiltərə ilə Seneqal yığmaları arasında baş tutacaq. “Əl Beyt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı salvadorlu referi İvan Barton idarə edəcək.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

DİGƏR XƏBƏRLƏR

Top