
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur müğənni İbrahim Tatlıseslə birlikdə mahnı ifa edib.
Yeniavaz.com xəbər verir ki, hadisə Türkiyə prezidentinin Şanlıurfa vilayətində gənclərlə görüşü zamanı baş verib.
Ərdoğan Tatlıseslə birlikdə “Urfalıyam əzəldən” mahnısını ifa edib.
Həmin anların görüntüləri Türkiyə KİV-də yayılıb.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə populyarlaşıb.