Azərbaycan-Türkiyə-Türkmənistan görüşünün vaxtı bilindi


Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdımuhəmmədovun iştirakı ilə üçtərəfli zirvə görüşünün tarixi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. Bildirilib ki, görüş Türkmənistanın Avaza turizm zonasında 13-14 dekabr tarixlərində keçiriləcək.
Türkmənistan prezidenti tədbirlə bağlı müvafiq sərəncam imzalayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top