Gürcüstanda Saakaşviliyə dəstək aksiyası keçirildi


Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “iz.ru” məlumat yayıb.
“Bütün dünya, bütün ölkə görməlidir ki, biz (keçmiş) prezidentin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, - deyə Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili bildirib.
Qeyd edək ki, yüzlərlə etirazçı əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının ofisinə doğru yürüş edib.
 

DİGƏR XƏBƏRLƏR

Top