Mask “Twitter”in ofisində baş verən yanğından danışdı


Bu həftənin əvvəlində “Twitter”in baş ofisində kiçik yanğın baş verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin və eyni adlı sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.
"Yeri gəlmişkən, bu həftə “Twitter” qərargahında kiçik yanğın baş verdi! Bütün bina boşaldıldı", - deyə Mask bildirib.
Daha sonra iş adamı aydınlıq gətirib ki, binada elektrik şkafı yanıb. Yanğının səbəbi dəqiqləşdirilməyib. 

DİGƏR XƏBƏRLƏR

Top