Mövqelərimiz yenə atəşə tutuldu


Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib. 
"Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanır.

DİGƏR XƏBƏRLƏR

Top