Azərbaycan XİN İrana nota verdi


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırıb.

Bu barədə Yeniavaz.com-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Sual: Son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

Cavab: Azərbaycanın ərazilərinə hər hansı bir xarici səfər Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilmişdir.

Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top