Xorvatiya Medvedçukun yaxtasını satıb, pulunu Ukraynaya verəcək


Viktor Medvedçukun 200 milyon avro dəyərində "Royal Romance" yaxtası Xorvatiyada hərraca çıxarılacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı yerli məhkəmə qərar verib.
Bildirilib ki, satışdan əldə olunan pul yardım kimi Ukraynaya veriləcək.
Xatırladaq lki, Medvedçuka məxsus yaxta Xorvatiyada 2022-ci ilin martında həbs edilib.
Həmçinin bildirək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Ukraynanın Təhlükəsizlik Xidməti Medvedçuku həbs edib. Sentyabrda isə o, Rusiyanın əsir götürdüyü hərbçilərlə dəyişdirilib.

DİGƏR XƏBƏRLƏR

Top