Braziliyalı keçmiş futbolçuya respirator infeksiyası diaqnozu qoyuldu


Braziliyalı keçmiş futbolçu Peleyə respirator infeksiyası diaqnozu qoyulub.
Yeniavaz.com
xəbər verir ki, futbol üzrə üçqat dünya çempionu San-Pauludakı xəstəxanaya yerləşdirilib.
82 yaşlı Pele yoğun bağırsağın xərçənginin növbəti dəfə müayinə edilməsi üçün San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya yerləşdirilib, lakin həkimlər komandası ona antibiotiklərlə müalicə olunan respirator infeksiyasına yoluxması barədə diaqnoz qoyub. Hazırda ümumi palatada olan pasiyentin vəziyyəti yaxşılaşıb, reaksiyası adekvatdır.
2021-ci ilin sentyabr ayında Edson Arantis du Nasimentu (Pele) onun yoğun bağırsağında əmələ gəlmiş şişin kəsilib götürülməsi üzrə əməliyyat keçirib.

DİGƏR XƏBƏRLƏR

Top