Kərim Vəliyev ABŞ-də aviasiya bazasında olub – Fotolar


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədəı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.


DİGƏR XƏBƏRLƏR

Top