DÇ-2022: Pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdi


Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
Yeniavaz.com
xəbər verir ki, turnirin qrup mərhələsinin son oyunları G və H qrupunlarında baş tutub.
“Stadium 974”də Serbiya və İsveçrə milli komandaları üz-üzə gəliblər. Matç İsveçrə millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Kamerun və Braziliya yığmaları qarşılaşıb. “Lusail” stadionunda oynanılan matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda kamerunlu futbolçu Vinsent Abubakar hesabı açıb və bu, qarşılaşmada vurulan yeganə qol olub - 1:0.
Beləliklə, mundialın pley-off mərhələsində mübarizə aparacaq komandalar bəlli olub: Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya, İspaniya, Portuqaliya, Koreya Respublikası, Braziliya və İsveçrə.
Pley-off mərhələsinin təqvimi bu şəkildə olacaq:

3 dekabr
Niderland – ABŞ (Bakı vaxtı ilə saat 19:00)
Argentina – Avstraliya (23:00)

4 dekabr
Fransa – Polşa (19:00)
İngiltərə - Seneqal (23:00)

5 dekabr
Yaponiya – Xorvatiya (19:00)
Braziliya – Koreya Respublikası (23:00)

6 dekabr
Mərakeş – İspaniya (19:00)
Portuqaliya – İsveçrə (23:00)

Qeyd edək ki, Qətərdə təşkil olunan mundialın pley-off mərhələsində ilk yaşanıb. Belə ki, ilk dəfə səkkizdəbir final mərhələsində 5 qitənin təmsilçiləri mübarizə aparacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top