Mingəçevirdə bağçada yanğın olub


Mingəçevirdə 20 nömrəli “Lalə” Körpələr Evi uşaq bağçasında yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, yanğına səbəb elektrik xətlərindəki nasazlıq olub.
Qısaqapanma nəticəsində alovlanma başlayıb.
Qeyd edək ki, bağça Azərbaycanın müstəqillik qazanmasından əvvəl istifadəyə verilib. İndiyə qədər bağçada heç bir təmir işi aparılmayıb. Binanın nə qapısı, nə pəncərəsi, nə də uşaqların istirahəti üçün həyəti var. Hazırda bağçada elektrik xətləri işləmir və otaqlar odun peçi ilə qızdırılır.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top