Müharibədə ölən ukraynalı hərbçilərin sayı açıqlandı


Genişmiqyaslı müharibə başlayandan, yəni fevralın 24-dən bəri Ukrayna ordusu 13 minə qədər əsgər itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24” telekanalının efirində danışıb.
"Bizim Baş Qərargahın rəsmi hesablamaları var, Ali Baş Komandanın verdiyi rəsmi hesablamalar var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq", - Podolyak bildirib.
Xatırladaq ki, noyabrın 30-da Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Ukraynanın hərbi itkilərinin 100 min olduğunu bildirmiş, lakin sonradan səhv etdiyini açıqlayaraq bu haqda danışdığı hissəni sosial şəbəkə hesablarından silmişdi.
Buna baxmayaraq məsələ qalmaqala və Ukrayna tərəfinin reaksiyasına səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top