Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından getdi


"Neftçi"nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.
Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.
Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.
Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top