Beyin çipinin insan üzərində sınaqları başlayır


İlon Maskın “Neuralink” şirkəti tərəfindən hazırlanan beyin çipi sınaqlarının altı ay ərzində insanlarda sınaqdan keçiriləcəyi bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, hazırlanma mərhələsində olan çipin təqdimatında danışan Mask çip barədə işlərin davam etdiyini bildirib
"Biz son dərəcə diqqətliyik və insana bir cihaz yerləşdirməzdən əvvəl hər şeyin yaxşı olacağına əmin olmaq istəyirik. Amma məncə sənədlərimizin çoxunu təsdiqlənməsi üçün dövlət qurumlarına göndərmişik”, - deyə o qeyd edib.
“Neuralink” tərəfindən inkişaf etdirilən beyin-kompüter interfeysləri ilə onurğa iliyi zədələri ilə yanaşı yaddaş pozuntuları və dogər xəstəliklərin müalicəsinin məqsədyönlü olduğunu və bu çip sayəsində görmə maneəlilərin aradan qalxacağı vurğulanıb.
Maskın sözlərinə görə, anadangəlmə korlar belə həmin çiplər vasitəsilə görə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top