Mingəçevirdə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi


Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Mingəçevir 10 saylı tam orta məktəbdə    “Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı  mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Mehriban Mehdiyeva bu kimi vacib tədbirlərin orta məktəblərdə keçirdiklərinə görə polis əməkdaşlarına təşəkkürlərini bildirib.
Tədbirdə dövrümüzün ciddi bəlasına çevrilən və “Ağ ölüm” adlandırılan narkomaniyanın fəsadları barədə şagirdlərə geniş məlumat verilib. Bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Həmin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır və aludəşisinə çevrilirlər. Ona görə də, yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.
Tədbirin sonunda polis əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top