Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, 9 981 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir. Ölkədə son sutka ərzində 1 840, hazırkı dövrədək isə 7 377 282 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 406 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 191, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 922 762, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 935, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 045, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 796, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 986 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top